Xırdalanda fərdi yaşayış evində yanğın məhdudlaşdırılıb

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Qalereya
***12:57
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***12:48
Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Oxşar xəbərlər
Azərbaycanda bələdiyyə sədrinə elektron qolbaq taxıldı
Göygöl Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Zamiq Babayevin (adı, soyadı şərtidir) cinayət işi ü...
