Xırdalanda 31 yaşlı kişini öldürməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhərində qətli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
BAKU.WS "Report"a istinadən verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
***08:26
Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.
BAKU.WS "Report"a istinadən verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...