Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda yeniyetmə oğlan tanışını bıçaqlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Kristal Abşeron-1" yaşayış kompleksinin yaxınlığında yerləşən "Karizma" adlı geyim mağazasının qarşısında baş verib.
Xırdalan şəhər sakini, 2008-ci il təvəllüdlü Real Ağayev (soyad şərtidir) gecə saat 2 radələrində mağazanın qarşısında tanışları Ayxan və Nizamini sərxoş vəziyyətdə görüb. O, həmin şəxslərə deyib ki, mağazanın qarşısında oturmasınlar, vətəndaşlar narahat olurlar. Sərxoş vəziyyətdə olan Ayxan ona "get işinlə məşğul ol" deyib. Real Ayxan və Nizamidən siqaret istəyib. Ayxan siqaretinin olmadığını desə də, Nizami ona siqaret verib. Bu isə Ayxana pis təsir edib. Sərxoş vəziyyətdə olan Ayxan Reala hücum edərək onu vurmaq istəyib. Hər iki şəxs əlbəyaxa olublar. Həmin vaxt Real üzərində gəzdirdiyi bıçaqla Ayxana iki zərbə endirib və hadisə yerindən qaçıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Polisin keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən Real Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə R.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun yeniyetmə olduğunu və ilk cinayət törətdiyini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzasını şərti hesab edib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...