Xınalıqda avtomobil dərəyə aşıb, sərnişin ölüb

Xınalıqda avtomobil dərəyə aşıb, sərnişin ölüb
Hadisə 55

Qubanın Xınalıq kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü Şıxbaba Hacıyev dumanlı hava şəraitində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə torpaq yolda idarəetməni itirib.

Nəticədə avtomobil dərədən aşıb. Sürücü ağır xəsarət alıb, avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rauf Lalayev isə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər