Xəzərdən Azərbaycana 200 min dollarlıq tütün məmulatları keçirilməsinin qarşısı alınıb -FOTO/VİDEO
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
İyun ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizi vasitəsilə Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni yolla təxmini 200.000 ABŞ dolları dəyərində ümumilikdə 28.836 qutuda müxtəlif adda tütün məmulatlarının keçirilməsinin qarşısı alınıb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...