Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Xəzər rayonunda 6 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.
Araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Sabirabadda zəncirvari qəzada 3 nəfər ölüb, xəsarət alanlar var
Sabirabadda baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratəpə kəndind...