Xəzər rayonu ərazisində oğurluqlar edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən 3 evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluqlar edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7150 manat maddi zərər vurub.
Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus "Hyundai" markalı avtomobildən 3000 manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...