Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi

Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi
Hadisə 242

Dubay-Moskva reysi üzrə uçan "Boeing" sərnişin təyyarəsi Xəzər dənizinin üzərində qəza siqnalı göndərib.

Oxu.Az bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir

"FlightRadar24"ün məlumatına görə, təyyarə hündürlüyünü azaldıb və öz marşrutu üzrə uçuşunu davam etdirib.

Qeyd olunur ki, qəza siqnalı Xəzər dənizi üzərində uçan DP992 reysli "Boeing 737" təyyarəsi tərəfindən verilib.

Təyyarə Həştərxanda təhlükəsiz eniş edib. İnsident nəticəsində zərərçəkən olmayıb.

Təcili enişin səbəbi işə düşən yanğın siqnalı olub. Amma, hər hansı bir yanğın qeydə alınmayıb. Təyyarədə 6-sı ekipaj üzvü olmaqla 188 nəfər olub.

Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İsmayıllıda AĞIR QƏZA: "Mercedes" aşaraq yandı, qadın sərnişin öldü

İsmayıllıda AĞIR QƏZA: "Mercedes" aşaraq yandı, qadın sərnişin öldü

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometr...

85 Hadisə 09:12 13 sentyabr 2026

Son xəbərlər