Xəzər dənizində bədbəxt hadisə - Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb və həyatını itirib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.
"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.
Oxşar xəbərlər
Qızıllar oğurlandı - Evdə usta işləyən kişi saxlanıldı
Gəncədə qızıl-zinət əşyalarını talayan şəxs saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki...