Xəzər dənizində balıqçılar batdı - Birinin meyiti tapıldı
13
dek
2022
15:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Xaçmaz rayon sahillərində balıq tutmaq istəyən şəxs batıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, həmin şəxsin Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Sultanov Yusif Dadaş oğlu olduğu məlum olub.
Balıqçının meyiti tapılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Həmin vaxt qayıqda daha üç balıqçının da olduğu bildirilir və onlar haqqında hələ məlumat yoxdur.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Salyanda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib - VİDEO
Salyan rayonunda yerləşən Şirvan kollektorunda qanunsuz balıq ovlayanlara qarşı reyd keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, reyd Ekologiya və Təb...