Xəzər dənizində 2 balıqçı itkin düşüb - VİDEO

Xəzər dənizində 2 balıqçı itkin düşüb - VİDEO
Video
Hadisə 2

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər