Xəzər dənizi sürətlə dayazlaşır- Aralın taleyini yaşayacaq?
Xəzər dənizi yaxın 5-10 il ərzində sürətlə dayazlaşaraq kiçiləcək. Tədqiqatçılar onun quruyan və iki hissəyə bölünən Aral dənizinin taleyini təkrarlayacağından ehtiyat edirlər.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "SHOT" "Telegram" məlumat yayıb. Bildirilib ki, son illər Xəzər dənizində suyun səviyyəsinin azalması istiqamətində davamlı tendensiya müşahidə olunur. Son 20 il ərzində dənizin sahildən 15-20 metr geri çəkildiyi Azərbaycanda və sahil xəttinin 35 kilometr azaldığı Qazaxıstanda ciddi dəyişikliklər qeydə alınır. Analoji vəziyyət Türkmənistan və İranda da yaşanır.
Buna görə həyəcan təbili çalan alimlər növbəti onillikdə də bu prosesin davam edəcəyini vurğulayırlar. Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun aparıcı əməkdaşı Pyotr Buxaritsinin sözlərinə görə, artıq yaxın illərdə dəniz səviyyəsi 31 metrə qədər enəcək. Bu tendensiya Xəzər dənizinə çıxışı olan ölkə və regionlarda ciddi iqtisadi, o cümlədən turizm və balıqçılıqla bağlı problemlərə səbəb ola bilər.
Prosesin fəsadları artıq Dağıstanda da hiss olunur. Belə ki, "birinci xətt"də yerləşən hotel sahibləri obyektlərinin artıq dəniz kənarında olmadığını bildirirlər.
Mütəxəssislər həmçinin Xəzərin 1960-cı illərdə qurumağa başlayan və sonradan iki hissəyə ayrılan Aral dənizinin aqibətini yaşaya biləcəyinə getdikcə daha çox diqqət çəkirlər. Bir vaxtlar dünyanın ən böyük göllərindən biri olan bu su hövzəsinin səviyyəsi sonradan azalmağa başlayıbr.
Problemin başlıca səbəbi isə insan fəaliyyətidir. Hazırda Aral dənizinin bir hissəsi tamamilə yoxa çıxıb, digər qismi isə kəskin şəkildə dayazlaşıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda universitet əməkdaşı 45 yaşında VƏFAT ETDİ
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) böyük mütəxəssisi Vüsalə Səttarova vəfat edib. BAKU.WS xəbər verir ki, o, universitetin Tələbə İşləri Mərkəzini...