Xətaidə evlərdən oğurluq edən şəxs saxlanılıb

Xətaidə evlərdən oğurluq edən şəxs saxlanılıb
Hadisə 98

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

DİN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər