Xətai rayonunda marketi talayan şəxslər saxlanılıb
Paytaxtın Xətai rayonunda talama cinayəti baş verib. Zərərçəkən polisə müraciət edərək bildirib ki, satıcı kimi çalışdığı marketə daxil olan naməlum şəxslər ona zor tətbiq edərək 350 manat dəyərində məhsulu ələ keçiriblər.
BAKU.WS xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Əliməmməd Mustafayev və 20 yaşlı Kamal Səfərli saxlanılıblar. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Araşdırmalar zamanı onların rayon ərazisində yerləşən digər bir marketdən də oğurluq etdikləri məlum olub.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Nardar...