Xətai rayonunda evdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***22:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən BAKU.WS-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...