Xəstə uşağın adı ilə pul yığan şəxsi polis saxladı, 10 min manat ailəyə verildi

Xəstə uşağın adı ilə pul yığan şəxsi polis saxladı, 10 min manat ailəyə verildi
Hadisə 212

Bakı şəhəri, Xəzər rayon sakini Mirvari Turabovanın səhhətində problem olan övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldıqdan sonra toplanmış vəsait ailəyə verilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin azyaşlının görüntülərindən istifadə etməklə topladığı 10 min manat uşağın ailəsinə təqdim edilib.

Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 min manata yaxın ianə köçürülmüşdü.

Oxşar xəbərlər

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib

Bakı və ayrı-ayrı rayonlarda dekabrın 5-də 64 odlu silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, beş avtomat,...

11 Hadisə 23:12 06 dekabr 2025

Son xəbərlər