Xarkovdakı sonuncu yaralı azərbaycanlı sürücü təxliyyə olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərindən Xarkovda yaralanan və təxliyyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov yaralı sürücü Bayramov Yusif Asif oğlunun Türkiyə vasitəsilə Azərbaycana yola salındığını bildirib. Sürücü artıq bu gündən vətəndədir.
Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyyə olunub.
Bu 2 sürücü ilə yanaşı digər azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu da uzun müddət idi ki, Xarkovda təxliyyə problemi yaşayırdı. Xüsüsilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.
Oxşar xəbərlər
Bu gün daha 250 nəfər azərbaycanlı Xarkovdan təxliyyə olunacaq
“Hazırda Ukraynanın qərbindəyik. İki qatarda 120 nəfər azərbaycanlı var”. Bunu “Report”a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkə...