Xarkovda ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində ölən Azərbaycan vətəndaşının meyiti bu gecə ölkəyə gətiriləcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.
O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.
Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.
Mərhumun səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.
Oxşar xəbərlər
Akif Əyyubov vəfat etdi
Azərbaycanın tanınmış həkimi Akif Əyyubov vəfat edib. BAKU.WS xəbər verir ki, həkimin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, A.Əyyubov Ailə Sağlamlıq M...