Xarkovda itkin düşdüyü deyilən bacılar bibisinin yanındadır - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada itkin düşdüyü deyilən tələbə bacılarla bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Sadıqova Aysu Natiq qızı və Sadıqova Səma Natiq qızının ailə yaxınları məlumat verib.
Onlar bildirib ki, bu məlumatın sosial şəbəkədə kim tərəfindən paylaşıldığını bilmirlər, lakin qızlar Ukraynada bibisinin yanındadılar:
“Həmin qızlar itkin düşməyib, hər ikisi bibisinin yanındadırlar. Hazırda Ukraynanın Marepo şəhərindədirlər. Onlar da zirzəmiyə yığılıblar, təxliyə olunmağı gözləyirlər.
Heç kim itkin düşməyib. Sonuncu dəfə anası onlarla danışıb. Qızların ata-anası Azərbaycana toya gəlmişdilər. Ukraynada bu hadisələr başladı deyə valideynləri geri qayıda bilmədilər. Qızların şəkillərinin paylaşılması ailəsinə pis təsir edir. Xahiş edirik, belə məlumatlar paylaşılmasın”.
***11:25
Azərbaycanlı tələbə bacılar Ukraynanın Xarkov şəhərində itkin düşüblər.
BAKU.WS “oxu.az”a istindən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yaxınları Sadıqova Aysu Natiq qızı və Sadıqova Səma Natiq qızından xəbər tuta bilmirlər.
Ukraynanın Xarkov şəhərində yaşayan, onlardan məlumatı olan azərbaycanlılardan aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş edilib.
Valideyninin əlaqə nömrəsi: +380 98 915 0523.
Oxşar xəbərlər
Arvadının xəyanətini bilən kişidən dəhşətli əməl
Yevlax şəhərində 1983-cü il təvəllüdlü Natiq qısqanclıq zəminində həyat yoldaşı Jaləyə işgəncə verib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, o, yaşad...