Xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılmasının qarşısı alındı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, xarici ölkə vətəndaşının idarə etdiyi “İveco” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Sürücü avtomobildə 1000 ABŞ dolları və 58000 Rus rublu olduğunu bəyan edib.
Yoxlama zamanı isə nəqliyyat vasitəsinin salonunda, sənədlər üçün nəzərdə tutulan çantanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 19000 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana 16 ədəd "İphone" keçirmək cəhdinin qarşısı alındı
Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, dərman preparatlarının gömrük nəzarətindən gizlə...