Xarici kəşfiyyata "işləyən" azərbaycanlı həbs edildi
Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı İnqilab Xəlil oğlu Əhədovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar İnqilab Əhədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, İnqilab Əhədov Azərbaycan İslam Partiyasının keçmiş sədr müavini olub. Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Saxlanılan Nardaran sakini Natiq Kərimovun əməlləri araşdırılır (RƏSMİ)
Dövlət Təhlükəsizliyi Xidmət (DTX) Nardaran sakini Natiq Kərimovun həbs edilməsilə bağlı məlumat yayıb. Qurumun ictimai əlaqələr idarəsindən BAKU.WS-ə verilə...