Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA

Xaricdə Azərbaycana qarşı casusluq edən şəxsə AĞIR CƏZA
Hadisə 14

Casusluq fəaliyyətinə görə dövlətə xəyanətdə ittiham olunan və DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində xaricdə tutularaq Azərbaycana gətirilən Azər Bağırovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən son iclasda prosesdə hökm oxunub, A.Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Azər Bağırov xarici xüsusi xidmət orqanı nümayəndələrinin tapşırığı ilə digər ölkənin ərazisində casusluq fəaliyyəti ilə məşğul olub, hərbi və strateji obyektlərinin yerləşdiyi ərazilərin foto-video çəkilişlərini, məkan məlumatlarını toplayaraq ötürüb və sair əməllər törədib.

Qeyd edək ki, bu, Azər Bağırovun ilk məhkumluğu deyil. O, daha əvvəl qəsdən adam öldürməyə cəhdə görə cəza çəkib.

Kriminal keçmişi olan azərbaycanlıların müxtəlif xarici xüsusi xidmət orqanları tərəfindən üçüncü ölkələrin ərazində gizli şəkildə kəşfiyyat-təxribat əməllərinə cəlb olunması hallarına qarşı kompleks tədbirlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər