Xankəndidə uşaq bağçasının zirzəmisində dron və xeyli silah-sursat aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1 178 patron darağı, 8 508 ədəd mərmi, 24 min 320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə 17 avtomat, 10 tüfəng və 11 qumbara aşkarlanıb
Yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətb...