Xankəndidə güclü yanğın başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi şəhərində güclü yanğın baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən və əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb.
İlkin məlumatlara əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma başlanılıb, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...