Xankəndidə 17 silah, 4 qumbara tapılıb
22
yan
2024
13:06
Polis əməkdaşları həftəsonu Xankəndi şəhəri ərazisində 7 silah, 4 qumbara aşkarlayıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 20-21 yanvar tarixlərində Xankəndi şəhəri ərazisində 10 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 4 ədəd müxtəlif markalı tapança, 2 ədəd tüfəng, 4 ədəd qumbara, 52 ədəd patron darağı, 1972 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Oxşar xəbərlər
Xankəndidə 2 pulemyot, 19 avtomat, 4 tapança tapılıb
Yanvarın 15-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 19 ədəd avtomat silahı, 4 ədəd tapança tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xid...