Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO

Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO
Foto Video
Hadisə 8

Xankəndi-Əsgəran yolunda benzin anbarında baş vermiş partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb.

Məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağır olaraq qiymətləndirilir.

25.09.2023 21.18

Rusiya sülhməramlı kontingentinin (RSK) həkimləri Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində xəsarət alanlara yardım edirlər.

Bu barədə RSK məlumat yayıb.

Zərərçəkənlərin bir çoxunun yanıq xəsarətləri aldığı bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

***19:52

Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış olub.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, Ermənistan mediasında yayılan məlumata görə, təxminən 10 tonluq yanacaq çəni partlayıb.

Bildirilir ki, bu çənin yaxınlığında çox sayda insan olub.

Hadisə şahidlərinin sözlərinə görə, hazırda təcili yardım heyətləri yaralılara kömək edir. Zərərçəkənlərin dəqiq sayı barədə məlumat verilmir.

Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO

Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər