Xanım qeydiyyatçı klinikanın 74 min manatını mənimsəməkdə ittiham edilir
Bakıda stomatoloji klinikalardan birinin xanım qeydiyyatçısı cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 24 yaşlı Nigar Süleymanova külli miqdarda mənimsəmədə ittiham edilir.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxs həbsdə deyil, onun barəsində başqa qətimkan tədbiri seçilib.
İttihama görə, Nigar klinikaya məxsus 74 min manat pulu mənimsəyib.
Xanım müttəhim hazırda ali təhsil alır. Hələ ki, bakalavr diplomu ala bilməyib.
Hazırlıq iclasında zərərçəkmiş tərəfin vəkili təqsirləndirilən şəxsin həbs edilməsi üçün vəsatət qaldırıb. Vəsatət belə əsaslandırılıb ki, zərərçəkmişə dəymiş ziyan ödənilmir.
Prosesdə müəssisənin təsisçisi və direktoru Ramiz Cəlilov da iştirak edib. O da keçmiş işçisinin həbsini istəyib.
Prokuror isə vəkilin vəsatətinin əsassız olduğunu bəyan edib. İşin məhkəmə baxışına verilməsini istəyib.
Məhkəmə zərərçəkmiş tərəfin vəsatətini rədd edib, N.Süleymanovanın sərbəst mühakimə edilməsinə qərar verilib.
İlk baxış iclası yanvarın 27-nə təyin edilib.
Oxşar xəbərlər
Xaçmazın sabiq icra başçısı vəfat edib
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib. "Report"un Şimal bürosunun məlumatına görə, o, bu gün 86 yaşında Xaçmaz şəhərində dünyasını dəyişib...