Xanhüseyn Kazımlının ÖLÜM SƏBƏBİ bilindi

Xanhüseyn Kazımlının ÖLÜM SƏBƏBİ bilindi
Hadisə 501

Sabiq deputat Xanhüseyn Kazımlının ölümünün səbəbi bilinib.

BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, X.Kazımlı uzun müddət imiş ki, Parkinson xəstəliyindən əziyyət çəkirmiş.

O, xəstəliyi ilə bağlı müalicə alırmış və bundan öncə də bir neçə dəfə vəziyyəti kritikləşibmiş. Dünən axşam saat 8 radələrindən sabiq millət vəkilinin vəziyyəti yenidən pisləşib.

Qeyd edək ki, Xanhüseyn Kazımlı 2023-cü ildə ləğv edilmiş Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, beş çağırış Milli Məclisin deputatı idi.

X.Kazımlının beş övladı var. O, Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır.

*** 09:50

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a onun yaxınları bildiriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri (2023-cü ildə ləğv edilib), I, II, III, IV, V çağırış Milli Məclisin deputatı olub.

2002-ci ildə Prezidentin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Son xəbərlər