Xalq artistinin qardaşı faciəli şəkildə həlak oldu

01
apr
2020
14:41
Azərbaycan Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.
BAKU WS-in "Qaynarinfo"ya istinadən məlumatına görə, sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu faciəli şəkildə həlak olub.
Belə ki, Fərail Əkbərov martın 30-da Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında həyatını itirib.
Mərhumun nəşini karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmirlər.
Oxşar xəbərlər
44 yaşlı kişi 7 yaşlı uşağı dəfələrlə zorladı, sonra... - Azərbaycanda ŞOK OLAY
Mingəçevir şəhərində yetkinlik yaşına çatmayan oğlana təcavüz etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Kamran Əkbərovun (cinayət işində adı keçən şəxsləri...