Xalq artisti yayılan videolarına görə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdi
Xalq artisti Mənsum İbrahimov sosial mediada ona qarşı aparılan qarayaxma kampaniyalarına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə o, modern.az-a bildirib.
Xalq artisti sosial şəbəkələrdə ona qarşı məqsədli qarayaxma kampaniyası aparıldığını və bununla bağlı Kibercinayətkarlıqla Mübarizə İdarəsinə və digər dövlət orqanlarına müraciət etdiyini deyib.
"Mənə aid olmayan videomaterialları qəsdən yayan, sosial şəbəkələrdə səsimi montajlayaraq tirajlayanlar qanun qarşısında cavab verəcəklər", - deyə Mənsum İbrahimov vurğulayıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Mənsum İbrahimovun 2000-ci illərin əvvəllərində çəkildiyi bildirilən muğam təsnifinin xaric oxuması iddiası ilə bağlı görüntülər, Canəli Əkbərovun isə Xalq artisti haqqında tənqidi çıxışı və digər bu qəbildən olan videolar yayılıb.
Oxşar xəbərlər
Azərbaycanda iş adamı lüks avtomobili ilə düşdüyü qəzada öldü
Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobil dərəyə aşıb. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü...