Xaçmazdakı qətlin TƏFƏRRÜATI: "Oğul anasından telefon istəyib, vermədiyi üçün bıçaqlayıb"

Xaçmazdakı qətlin TƏFƏRRÜATI: Oğul anasından telefon istəyib, vermədiyi üçün bıçaqlayıb
Video
Hadisə 334

Xaçmaz rayonunda 15 yaşlı oğlanın anasını öldürməkdə şübhəli bilinməsinin təfərrüatı məlum olub.

Belə ki, mərhumun qohumu Ceyhun Mustafayev bildirib ki, qətl törədilərkən evdə yeniyetmə ilə anasından başqa heç kim olmayıb:

"Uşağın dediyinə görə, telefonu oyun oynamaq üçün anasından istəyib, vermədiyi üçün onu bıçaqlayıb. Hadisəni biləndə hamımız şoka düşdük. Belə hərəkət edəcək uşaq deyildi".

Mərhumun bacısı Mehparə Məlikova isə hadisə ilə bağlı jurnalistlərə açıqlamasında belə deyib:

"Bacım evində özünə cəllad saxlayıb. Oğlu onu çox sevirdi. Bizə gələndə anası olmadan yatmırdı".

Qeyd edək ki, 1982-ci il təvəllüdlü Kifayət Nadir qızı Lətifova çox sayda bıçaq zərbəsi alaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Məlumata görə, qətli törətməkdə onun oğlu şübhəli bilinir.

Son xəbərlər