Xaçmazda qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələnib
Bu gün saat 04:00 radələrində ADY-yə məxsus qatar Xaçmaz istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) "Report"un sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və həmin şəxs həyatını itirib:
"Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır. Dəmir yollarından keçərkən yalnız müəyyən olunmuş yerlərdən və yerüstü keçidlərdən istifadə etmək, dəmiryol xətlərinə yaxınlaşarkən sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra hərəkətə davam etmək lazımdır".
Oxşar xəbərlər
Bərdədə nənə və nəvəsi dəm qazından zəhərlənərək ölüb
Bərdədə iki nəfər dəm qazından zəhərlənərək ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Fətəliye...