Xaçmazda qatar avtomobili vurub, sürücü ölüb

Xaçmazda qatar avtomobili vurub, sürücü ölüb
Hadisə 304

Bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.

ADY-dən BAKU.WS-ə daxil olan məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb:

"Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib. Faktla bağlı araşdırma aparılır.

ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır".

***12:28

Xaçmaz rayonunda qatar avtomobili vurub, sürücü ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011"markalı avtomobili hərəkətdə olan qatar vurub.

Avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər