Xaçmazda dənizdə faciə: çimərkən boğulan şəxsin meyiti tapıldı – Araşdırma aparılır
Xaçmazda şəxsin çimərkən boğulması faktı ilə bağlı araşdırma aparılır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gün rayonun İstisu qəsəbəsində Xəzər dənizinin sahilindəki dənizdə çimərkən boğularaq ölmüş Arif Əsədzadənin meyitinin aşkar edilməsi faktı ilə bağlı Xaçmaz rayon prokurorluğunda araşdırmalara başlanılıb.
***22:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmaz rayonu, İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) suyun üzündə kişi meyitinin aşkar olunması ilə bağlı məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Cəlilabadda körpü yenidən qəzalı vəziyyətə düşüb, üç kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağıntılardan sonra yenidən qəzalı vəziyyətə düşüb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə kən...