Xaçmazda əməliyyat, silahlı heroin alverçiləri yaxalandı
Xaçmaz rayonunda polis silahlı narkotik alverçisinə qarşı əməliyyat keçirib.
BAKU.WS xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Musayev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan bir ədəd "Makarov" markalı tapança, dörd ədəd patron, həmçinin narkotik vasitə olan heroin aşkarlanıb.
Əməliyyatın davamı olaraq polis əməkdaşları digər rayon sakini İsa Cəbiyevi yaxalayıblar. O, izlənilərək rayon ərazisindəki köhnə yarımtikilidə saxlanılarkən üzərindən bir kiloqram heroin aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
BDYPİ: Əkin sahələrində çalışan insanların uyğun olmayan qoşqularda daşınması ağır avtoqəzalara zəmin yaradır
Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda daşınması ağır avtoqəzalara zəmin yara...