Xaçmazda avtomobil Qudyalçaya aşdı: Sürücü reanimasiyaya yerləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə Qudyalçay üzərindəki körpünün üstündə qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq çaya aşıb.
Hadisə yerindən lentə alınan görüntülərdə avtomobilin tərsinə çevrilmiş vəziyyətdə çayın yatağında qaldığı, əraziyə çoxsaylı şəxslərin toplandığı görünür.
Qəza nəticəsində avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. O, hadisə yerindən təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Məlumata görə, sürücünün vəziyyəti ağır qiymətləndirilir və o, hazırda reanimasiya şöbəsində həkimlərin nəzarəti altındadır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...