Xaçmazda avtomobillə yeniyetməni vurub öldürən sürücünün kimliyi məlum olub

Xaçmazda ölümlə nəticələnən avtoqəzanı törədən sürücünün kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Nərəcan kəndin ərazisində piyadanın ölməsi ilə baş verən avtoqəzanı törədən şəxs Təyyar Xəlilovdur.
Qeyd edək ki, T.Xəlilov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə qohumu, Nərəcan kənd sakini 2011-ci il təvəllüdlü Turan Məcidovu vurub.
T.Məcidovun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.
Qəzanı törədən T.Xəlilov isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***17:48
Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Nərəcan kəndindən keçən hissəsində "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Məcidov Turan Məmməd oğlunu vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılsa da, yolda ölüb.
Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağcabədi sakini Hacıqabulda bıçaqlanıb
Hacıqabulda bıçaqlanma olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb. Ağcabədi rayon sakini, 1995-ci il...
