Xaçmaz sakini güllələnib, şübhəli şəxs polisə təslim olub
19
okt
2025
20:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda qətl hadisəsi törədilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...