Xaçmazda tanışını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Xaçmazda tanışını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
Hadisə 6

Oktyabrın 31-də Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü Mafizə Şirinbalayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı fərdi yaşayış evində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Şahin Əhmədovun oktyabrın 21-də aralarında yaranmış mübahisə zamanı tanışı Mafizə Şirinbalayevanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Şahin Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam edir.

Oxşar xəbərlər

Astarada qadın qohumunun qulağını kəsdi, cibinə qoyub apardı

Astarada qadın qohumunun qulağını kəsdi, cibinə qoyub apardı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada qohumunu öldürməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. BAKU.WS pra...

0 Hadisə 12:42 05 sentyabr 2023

Son xəbərlər