Xaçmazda saxlanan zaman özünə xəsarət yetirən şəxs ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda polis tərəfindən saxlanan zaman özünə xəsarət yetirən şəxs xəstəxanada ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
O bildirib ki, mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə götürülüb:
"Saxlanılan şəxs polisdən yayınmaq məqsədilə saxlanılarkən özünü yerə çırpıb, baş və bədənini yerə vurub. Nəticədə M. Aydəmirov müxtəlif bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb".
E. Zahidov bildirib ki, hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Oxşar xəbərlər
Qusarda “Əxi”, “Baba” və “Makay” ləqəbli şəxslər saxlanıldı
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqı...