Xaçmazda qohumunu güllələyən şəxsə cinayət işi açılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 8-i saat 21 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Nail Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Eldar Mahmudovu həbsdən kənar saxlayan səbəb...
Bir daha sabiq naziri həbsdən kənar saxlayan mübhəm səbəb haqda...Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2018-ci ili də səksəkə içində keçirdi. Gözləni...