Xaçmazda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, bu il yanvarın 8-də rayonun Köhnə Xaçmaz kənd sakini, 1986-cı il təvəllüdlü Cavid Mahmudovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tamamlanıb.
Aparılan istintaqla zərərçəkmişin uzaq qohumu, 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yivsiz ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Nail Mahmudov Cinayət Məcəlləsinin 29, 120.1-ci (Adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Eldar Mahmudovu həbsdən kənar saxlayan səbəb...
Bir daha sabiq naziri həbsdən kənar saxlayan mübhəm səbəb haqda...Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2018-ci ili də səksəkə içində keçirdi. Gözləni...