Xaçmazda 7 aylıq uşaq yıxılaraq ölüb

Xaçmazda 7 aylıq uşaq yıxılaraq ölüb
Hadisə 94

Xaçmaz rayonu ərazisində 7 aylıq uşaq çarpayıdan yıxılması nəticəsində ölüb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndi ərazisində baş verib.

Belə ki, 2021-ci il təvəllüdlü Mehdiyev Məlik Aqşin oğlu çarpayıdan yıxılıb və aldığı xəsarətdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər