Xaçmazda 27 yaşlı kişi göldə batıb
24
iyl
2021
09:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Şıxəmməd oğlu Məmmədov kənd ərazisində yerləşən göldə batıb.
Qeyd edək ki, mərhum ailəli idi, iki il əvvəl toyu olub, övladı yoxdur.
Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Çoban Tovuzda tək qalan müəllimi zorladı - Gecəyarısı təcavüz
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com”a istin...