WhatsApp-da xaricdə işə vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin "WhatsApp" ani mesajlaşma proqramında yaradılan "İş elanları" qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...