Vüsalə Əlizadə: "Görün bu alçaq, başıma nə oyun açır!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Vüsalə Əlizadənin başına iş gəlib.
BAKU.WS xəbər verir ki, o, avtomobilində olarkən tanımadığı bir şəxs öz nəqliyyat vasitəsi ilə onun yoluna çıxaraq qarşısını kəsmək istəyib.
Vüsalə sosial şəbəkə hesabında həmin maşının görüntülərini paylaşaraq sürücünü təhqir edib:
"2 saat öncə şəhərdə tıxac əlindən addım atmaq olmur və yol açılır, hava limanı yoluna çıxıram. Birinci yoldan işarə edib yol almaq istəyirəm, görün bu alçaq, başıma nə oyun açır, necə yolumu kəsir! Avtomobildə tək olsaydım, mənə bu qədər təsir etməzdi. Anamı əməliyyatdan çıxarıb evə gətirirəm, ağrısı çox dəhşətlidir, dözə bilmir. Bu tərbiyəsiz kimdirsə, yol hərəkəti qaydasını pozmağı bəs deyil, mənə də qəza şəraiti yaradır!”
Daha sonra aparıcı hüquq-mühafizə orqanlarına müraciət edərək tez zamanda şikayətinə baxılmasını istəyib.
BAKU.WS sözügedən videonu təqdim edir:
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...