Vətəndaşları aldadan şirkət rəhbəri hakim qarşısında
17
okt
2018
17:15
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vergidən yayınmaqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.BAKU.WS trend-ə istinadən xəbər veri ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.X.Cəfərovun vəkilləri vəsatətlə çıxış edərək bildiriblər ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilib və buna görə də müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin.Vəsatət təmin edilməyib. Məhkəmə baxışı oktyabrın 24-ə təyin edilib.İttihama görə, X.Cəfərov külli miqdarda dələduzluqda və 1 milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir. X.Cəfərovun rəhbəri olduğu "Avro Qrand" şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nəqd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.Tikintinin yarımçıq qaldığını görən sakinlər araşdırma aparmağa başlayıblar. Bir müddət sonra onlar müəyyən ediblər ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb. Sonuncu dəfə ikiotaqlı mənzili ucuz qiymətə növbəti şəxsə satarkən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Mehman Hüseynov hakim qarşısında
Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə p...