Voronejdə azərbaycanlı iş adamı həbs edilib
Voronejdə Azərbaycan diasporunun lideri və şəhərin ən böyük bazarının ortağı Yusif Xəlilov həbs edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri bu ilin mart ayında Xəlilovun həkimə 330 min rubl pul köçürdüyünü iddia edir. Məbləğin bir hissəsi vasitəçi ilə, qalan 100 min rubl isə karta köçürülüb.
Avqustun 16-da saxlanılan Xəlilov özü ifadə verməkdən imtina edib və təqsirini boynuna almayıb. Hazırda o, həbsdədir. Onu 7 ildən 12 ilə qədər həbs və deportasiya gözləyir.
Qeyd edək ki, o, ilk dəfə iyulun 1-də saxlanılıb. Əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.
Oxşar xəbərlər
Bakı metrosunda baş verən hadisə ilə əlaqədar iki nəfər xəstəxanaya aparılıb
Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadas...