Vilayət Eyvazovdan daha bir TƏYİNAT
07
fev
2020
10:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyində daha bir təyinat olub.
BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Arzu Rzayev Kürdəmir Rayon Polis Şöbəsinə rəis gətirilib.
O, bundan əvvəl Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.
Oxşar xəbərlər
Vilayət Eyvazov bu şəxsi rəis təyin etdi
Qusar rayon Polis Şöbəsinin Həzrə polis bölməsinə yeni rəis təyin edilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayə...