“Veysəloğlu” şirkətində yeyinti aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur “Veysəloğlu” şirkətinin satış təmsilçilərinin xeyli miqdarda pul mənimsədiyi aşkar olunub.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət özü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili yoxlama zamanı müəyyən olunub ki, satış təmsilçisi Amur Məmmədov 2018-ci ilin yanvarında 8300 manat, Sərxan Tağıyev 2020-ci ilin mayında 10 min manatdan çox, Röyal Hüseynov isə ötən ilin avqustunda 18 min manatdan çox pulu mənimsəyib.
Şirkət rəhbərliyi bu iddia ilə hüquq-mühafizə orqanlarına müraciət edərək həmin şəxslər barəsində zəruri addımların atılmasını tələb edib. Hazırda bu müraciətlə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Dövlətin kəndlilərə ayırdığı milyonlarla manatı oğurlayıb qaçdı, Dubayda tutuldu
Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan, fəaliyyəti dayandırılmış ”Röyal Bank”ın...